Mətbuat xidməti Xəbərlər

SEMİNAR MÜŞAVİRƏ

Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Böyükdüz kəndində torpaq mülkiyyətçilərinin iştirakı ilə “Yaz əkinlərinə hazırlıq işlərinin əkin atlaslarına uyğun aparılması” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəhim Abutalıbov çıxış edərək rayonda aqrar sahənin inkişafına göstərlin hərtərəfli dövlət dəstəyindən danışıb.

Ardını oxu...

 

Kartof əkininə hazırlıqla əlaqədar seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir qrup torpaq mülkiyyətçisi və ailə təsərrüfatı başçılarının iştirakı ilə “Kartof əkinlərinə hazırlığın vəziyyəti və keyfiyyətli toxum tədarükü” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirəni Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq rayonda aqrar sahənin inkişaf etdirilməsi və bu sahəyə hərtərəfli dövlət dəstəyinin göstərilməsi barədə danışıb. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov kartof əkini üçün sahələrin hazırlanması mövzusunda çıxış edərək son illərdə bu sahənin inkişafında qazanılan uğurlu nəticələrdən danışıb. Qeyd olunub ki, kartof əkinlərindən daha artıq gəlir götürmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof əkiləcək sahəyə sələf bitkiləri yığılan kimi hər hektara 20-30 ton hesabı ilə üzvi gübrə verilməli, sahələr 28-30 santimetr dərinlikdə şumlanmalıdır. Kartof üzvi və mineral gübrələrə tələbkar bitkidir.

Ardını oxu...

 
 

Culfa rayonunda seminar-müşavirə keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində seminar-müşavirə keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq qeyd edib ki, bu ilin bol məhsulu üçün ilkin mərhələni təşkil edən torpağın lazımi dərinlikdə şumlanması, hamarlanması və digər aqrotexniki tədbirlər həmişə olduğu kimi, bu mövsümdə də gecikdirilmədən və aqrotexniki tələblərə uyğun ardıcıllıqla həyata keçirilib. Bu günədək rayonda 7467 hektar sahədə əkin aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri XaliqAbbasov çıxış edərək bildirib ki, dövlətin taxılçılığın inkişafı ilə bağlı gördüyü ardıcıl tədbirlərlə yanaşı, kənd təsərrüfatına azyararlı torpaqların əkin dövriyyəsinə qatılması və torpaqlardan səmərəli istifadə edilməsi,suvarma şəbəkələrinin genişləndirilməsi, məhsuldar toxum sortlarından istifadə edilməsi, intensiv becərmə üsullarına üstünlük verilməsinin nəticəsidir ki, muxtar respublikada dənli taxıl bitkilərinin istehsalı ilbəil artmaqdadır. Vurğulanıb ki, əkin zamanı üzvi və mineral gübrələrin tətbiqi torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırmaqda mühüm rol oynayır. Gübrələrin tətbiqində əsas məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etməkdir. Nazirliyin əməkdaşı Saməddin Əsgərov havaların mülayim keçməsi ilə əlaqədar taxıl sahələrində gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirlərinin zəruriliyi və aparılması qaydaları haqqında məlumat verib. Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

 
 

CULFA RAYONUNDA SEMİNAR - MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Muxtar respublikada kənd təsərrüfatı üzrə həyata keçirilən tədbirlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası aqrar sahənin hərtərəfli inkişafına şərait yaradır. Muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, yeni suvarma sistemlərinin qurulması, suvarmada mütərəqqi üsullardan istifadə, əkinçilərə və fermerlərə subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi aqrar sahənin obyektiv inkişafı ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı ilə məşğul əhalinin sayının artmasına səbəb olub.

Culfa rayon Əbrəqunus kəndində Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə seminar müşavirə keçirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq bildirmişdir ki, Bunun nəticəsidir ki, payızlıq taxıl əkini kampaniyasını optimal müddətdə və mütəşəkkil başa çatdırmaq üçün sahibkarlar dövlət qayğısı sayəsində toxum sortları ilə tədarük olunmuşdur. Əkinçilərin bəziləri isə özlərinin istehsal etdikləri buğda toxumundan istifadə ediblər. Bol məhsul yetişdirilməsi üçün əsas amillərdən olan üzvi və mineral gübrələrdən istifadə edilməsi də yaddan çıxmır. Payızlıq taxılların gübrələnməsi məhsuldarlığa təsir edən ən mühüm amildir. Gələn ilin bol məhsulu üçün ilkin mərhələni təşkil edən torpağın lazımi dərinlikdə şumlanması, hamarlanması və digər aqrotexniki tədbirlər həmişə olduğu kimi, bu mövsümdə də gecikdirilmədən və aqrotexniki tələblərə uyğun ardıcıllıqla həyata keçirilib. Bunun üçün dövlət tərəfindən kəndliyə hər bir imkan və şərait yaradılmışdır. Beləcə,  rayonumuzda 7467 hektar  sahədə əkin aparılmışdır ki, həmin sahələrin 6216 hektarına buğda,  1251 hektarına isə arpa toxumu səpilmişdir.

Ardını oxu...

 
 

BİTKİLƏRİ ŞAXTALARDAN QORUYAQ

Payız mövsümündə bitkilər fizioloji vəziyyətdən digərinə keçir. Meyvə və giləmeyvələrin şaxtadan tələf olmasının səbəbi onların toxumlarında buzun əmələ gəlməsidir. Payızda əlverişli şərait olduqda isə toxumlar möhkəmlənir ki, bunun da nəticəsində şaxtaya davamlılıq artır.

Bitkinin şaxtaya davamlı olması üçün o, qışa hazırlıq fazasında bərkiməlidir. Bərkimə zamanı bitkidə karbohidratlar toplanır, onlar həll olan və asan hibrolizləşən formaya çevirilir. Meyvə və giləmeyvə bitkilərində bu proses inkişafın dayanmasından yarpaqlar tökülənədək davam edir. Bu dövrdə nişasta şəkərə çevrilir, beləliklə, şəkər çoxalır, nişasta isə azalır. Hüceyrələrdə saxarozanın və qlükozanın çoxalması protoplazmanın aşağı temperaturdan mühafizə olmasına şərait yaradır.

Bitkinin şaxtaya davamlılıq dərəcəsi onun filogenetik inkişafından da çox asılıdır. Məsələn, bitkinin kökləri həmişə torpaqla örtülü yerdə olduğundan onlar şaxtaya davamsızdır. Lakin yerüstü hissədə şaxtalara davamlılıq yüksəkdir. Ümumiyyətlə, torpaq səthinə yaxın yerləşən köklərə nisbətən dərin qatlardakı köklər şaxtaya davamsız olur.

Alma ağacının növündən asılı olaraq, onun yerüstü hissəsi nisbi sükunət dövründə 32-50 dərəcəyədək şaxtaya dözdüyü halda, kökləri 12-18 dərəcə şaxtaya ancaq davam gətirir, vegetasiya dövründə isə 3 dərəcə şaxtada donur. Bitkinin eyni bir orqanının şaxtaya davamlılıq dərəcəsi onun fenofazalarından da xeyli asılıdır. Məsələn, alma ağacının cavan zoğları vegetasiya vaxtı 3 dərəcə şaxtada tələf olduğu halda, həmin zoğ qışa yaxşı hazırlıq görüləndə 30-40 dərəcə şaxtaya da davam gətirə bilər. Eyni orqanın ayrı-ayrı hissələrinin şaxtaya münasibəti müxtəlifdir. Belə ki, çiçəyin erkəkciyi 20-22 dərəcə şaxtaya dözə bilir, dişicik isə mənfi 1-2 dərəcədə məhv olur.

Şaxtalı havalarda axar suyun temperaturu havanın temperaturundan həmişə yüksək olduğundan o, ağacları şaxtadan mühafizə edir. Buna görə də meyvə bağını çay və gölməçələrin yaxınlığında salmaq tövsiyyə edilir. Meyvə bağının ətrafına qoruyucu meşə zolağı salmaqla da bitkiləri şaxtaların təsirindən azaltmaq olar.

Meyvə bitkilərinin şaxtaya davamlılığını yüksəltmək üçün bağın payızda yarpaqlar töküldükdən sonra suvarılmasının böyük fizioloji əhəmiyyəti vardır. Təcrübələr sübut edir ki, bitkilərə azot və fosfora nisbətən kalium çox verildikdə şaxtaya davamlılıq artır.

Muxtar respublikada üzüm kollarını şaxtadan mühafizə etmək üçün davamlı sortlar əkilməli, payızda tənəklər torpaqla örtülməli, dondurma suyu verilməlidir. Yazda tənəkləri torpaqdan nisbətən gec çıxarılması və budanması, gözlüklərə qatı əhəng məhlulunun çilənməsi məsləhətdir. Yazda tənəklər suvarılmalı, zoğların ucu vurulmalıdır. Şaxtalı günlərdə bitkinin üstü həsirlə, yaxud küləşlə örtülməli, nəm küləş komalarını yandırmaqla tüstü pərdəsi yaradılmalıdır.

Naxçıvan Muxtar Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 
 

Səhifə 6 > 31-dən

Joomla 1.5