Mətbuat xidməti Xəbərlər

Aqrar sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mütəxəssisləri və Aqrar Sığorta Fondunun idarə heyəti Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə Culfa rayonunun Ərəzin kəndində  ailə təsərrüfatı başçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə “Aqrar sığorta fondunun yaradılmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçiriblər. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Zəkəriyyə Gözəlov Aqrar Sığorta Fondunun yaradılmasının əhəmiyyəti mövzusunda çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 yanvar 2020-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondu yaradılıb.

Ardını oxu...

 

TORPAQ SAHƏLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ YÜKSƏK MƏHSULDARLIĞIN ƏSASIDIR

Aqrar sektor yalnız ərzaq təhlükəsizliyinin təmin olunması baxımından deyil, həm də ekoloji tarazlığın qorunması istiqamətində də mühüm əhəmiyyət kəsb edir. Bir çox ölkələrdə kənd təsərrüfatı siyasəti ekoloji siyasətlə yanaşı qiymətləndirilərək ətraf mühitin və resursların qorunmasına imkan yaradır.

Ölkəmizdə və muxtar respublikamızda əkinəyararlı torpaq sahələri məhduddur, hətta ildən-ilə azalır. Mövcud yararlı torpaqlardan, o cümlədən əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, xarici bazardan asılılığın azaldılmasının potensial imkanları hesab edilir.

Torpaqlardan səmərəli istifadə olunması bu gün də öz aktuallağını saxlayır. Odur ki, fermer və torpaq mülkiyyətçilərinə torpaq haqqında məlumatın verilməsini faydalı hesab edirik. Torpaq yerin üst münbit qatı olmaqla, kənd təsərrüfatının əsas istehsal vasitəsidir. O, insanları qida, heyvanlar aləmini yemlə, sənayeni isə xammalla təmin edir. Torpağın tərkibi və xassələri, onun hansı təbəqədən əmələ gəlməsindən asılı olaraq, bir-birindən fərqlənir.

Ardını oxu...

 
 

Seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti mövzusunda növbəti seminar müşavirəni Ordubad Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun torpaq mülkiyyətçilərinin iştirakı ilə keçiriliblər.

Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin Aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev açaraq son zamanlar rayonda meyvəçiliklə yanaşı taxılçılığın da inkişaf etdirildiyini qeyd edib və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Ardını oxu...

 
 

Aqrar Sığorta Fondunun yaradılması günün tələbidir

Muxtar respublika iqtisadiyyatının mühüm sahələrindən biri də aqrar bölmədir. Bu sahənin inkişafı üçün məqsədyönlü tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Ona görə ki, aqrar sektor insan həyatı üçün zəruri istehlak məhsullarının böyük bir qismini təmin edir. Bu baxımdan qidalanma sisteminin coğrafi mühit və mədəni faktorlar əsasında formalaşdığını, əhalinin ərzaqla təminatının strateji əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hər bir ölkənin özünəməxsus, müstəqil aqrar siyasətinin olması mühüm bir vəzifə kimi ortaya  çıxır.

Ardını oxu...

 
 

Davamlı ərzaq təminatının yaradılmasında istixana təsərrüfatlarının əhəmiyyəti

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur. Proqramın qəbul olunmasında başlıca məqsəd muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəməklə bərabər, əhalini ilboyu təzə və keyfiyyətli tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. Proqrama uyğun olaraq son illər muxtar respublikanın şəhər və kəndlərində dövlət dəstəyi hesabına yeni istixana təsərrüfatları yaradılıb.

Ardını oxu...

 
 

Səhifə 3 > 30-dən

Joomla 1.5