Mətbuat xidməti Xəbərlər

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qurulmuş, uzun müddət suvarılmayan torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. Görülən işlərin davamı olaraq bu il rayonun Sələsüz, Türkeş və Mərəlik kəndlərində yeni qapalı suvarma şəbəkəsi qurulur. Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan tikinti işləri ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, qapalı suvarma şəbəkəsi 270 hektar torpaq sahəsini əhatə edir. Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkiləcəkdir. Xətlərin üzərində 51 sutənzimləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaqdır. Sələsüz,Türkeş və Mərəlik kənd sakinlərinin əsas məşğuliyyətsahəsi əkinçilik və heyvandarlıqdır. Kəndlərdə yeni qapalı suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafına səbəb olmuşdur. Bu da sakinlər tərəfindən razılıqla qarşılanır. 2019-cu ildə Türkeş kəndində istifadəyə verilmiş 343 hektar qapalı suvarma şəbəkəsinin 258 hektarında payızlıq taxıl, 10 hektarında yazlıq bitkilər əkilmişdir. Ərazinin qalan 75 hektarında isə mərhələli şəkildə yazlıq əkinlər aparılır.

Ardını oxu...

 

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiyaları qurulur

Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”. Muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir. Yaradılan şərait torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına səbəb olmuşdur. Bu da əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulmuş, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılmışdır.

Ardını oxu...

 
 

MEYVƏ TİNGLƏRİNİN ƏKİLMƏSİ VƏ BECƏRİLMƏSİ

Məlum olduğu kimi, Ali Məclis Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə muxtar respublikamızda mevəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilmişdir. Hazırda bölgədə bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.

Nəzərə almaq lazımdır ki, keyfiyyətli və yüksək istehlak xüsusiyyətlərinə malik meyvə yetişdirmək üçün bağlarda sağlam, standartlara uyğun tinglərin əkilməsi bağçılıqda əsas şərtlərdən biridir. Bunun üçün keyfiyyətli əkin materialının seçilməsi və aqrotexniki tələblərə uyğun hasilə gətirilməsi ilkin şərtlərdəndir.

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib

 

 

 

 

 

 

 

 

 

 

 

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlmişdir. Hazırda torpaq mülkiyyətçisi və fermerlər dünyanın qabaqcıl texnika və texnoloji avadanlıqlarından istifadə edirlər. Muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyaların tətbiqi davam etdirilir. Taxıl, kartof, qarğıdalı bitkilərinin əkilib-becərilməsi və yığılması tam mexaniki üsulla həyata keçirilir. Yeni alınan texnikalara baxış zamanı bildirilmişdir ki, ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 min 831 kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Cari ildə isə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün onların sifarişləri əsasında 137 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmiş, həmin texnikalardan 24-ü lizinq yolu ilə sahibkarlara verilmişdir. Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bitkiçilik və heyvandarlıq aptekinə, həmçinin ehtiyat hissələri anbarlarına baxmışdır.

Ardını oxu...

 
 

Muxtar respublikada kartofçuluq inkişaf etdirilir

Son illərdə muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrıayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına nail olunub. Yerli sahibkarlığın inkişafına yaradılan şərait isə məşğulluq səviyyəsinin artırılmasını və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib. Əkin sahələrinin genişləndirilməsi üçün təsərrüfat suyuna olan tələbatın ödənilməsi, qapalı suvarma şəbəkələrinin qurulması, torpaq mülkiyyətçilərinin güzəştli şərtlərlə kredit, texnika və avadanlıqlarla təmin olunması hesabına kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı sahəsinə çevrilib. Artıq diyarımız bir çox kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edir. İkinci çörək sayılan kartofa olan tələbatın ödənilməsi məqsədilə görülən işlər də bu cəhətdən diqqəti çəkir.

Ardını oxu...

 
 

Səhifə 1 > 29-dən

Joomla 1.5