Mətbuat xidməti Xəbərlər Ordubad rayonunda torpaq mülkiyyətçiləri ilə görüş keçirilib

Ordubad rayonunda torpaq mülkiyyətçiləri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri  Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə Ordubad rayonunda torpaq mülkiyyətçilərinin iştirakı ilə “Payızlıq taxıl əkinlərinin gübrələnməsi və yaz tarla işlərinə hazırlıq” mövzusunda seminar müşavirə keçirilib.

Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev açaraq bildirib ki, muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, icra olunan Dövlət proqramları kənd təsərrüfatı məhsullarının sənaye sahəsinə yönəldilməsinə və ixracına şərait yaradıb. Bu da əhalinin iqtisadi gəlirlərinin artmasına səbəb olur. Dövlətin digər sahələrdə olduğu kimi bu sahəyə də dəstəyinin nəticəsidir ki, 2020-ci ildə aqrar sahədə həyata keçirilən tədbirlər Ordubad rayonu üçün də uğurlu olub. Belə ki, Ordubad rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı 2020-ci ildə 46 milyon 282 min manat dəyərində olub ki, bu da 2019-cu il ilə müqayisədə  5,2  faiz çoxdur.

Nazirliyin əməkdaşları Xaliq Abbasov, Valeh Mehdiyev və Səməddin Əsgərov çıxış edərək bildirib ki, muxtar respublika ərazisində əlverişli hava şəraiti ilə əlaqədar  yaz tarla işlərinin  hazırlığına başlanılmışdır. Artıq şitillik məqsədi ilə parnik təsərrüfatlarında aqrotexniki tədbirlərin aparılması məqsədilə üzvi və mineral gübrələrin daşınması və yüksək məhsuldarlığa malik toxumların tədarükü ilə bağlı tədbirlər görülür. Bununla yanaşı payızlıq taxıl əkinlərinə   azot gübrəsinin 2 dəfə olmaqla yemləmə şəklində verilməsi  vacib tədbirlərdəndir. Azotun illik normasının 20%-i payızda, 50%-i yazda kollanma  fazasında,  30%-i isə boruyaçıxma  fazasında verilməlidir. Mütəxəssislər tərəfindən kənd təsərrüfatı bitkilərinin əkininin mütərrəqi üsullarla aparılması, şorəktliyə uyğunlaşan üzüm, badam, püstə və digər bitkilərin əkinlərinin aparılması, erroziyaya məruz qalmış ərazilərdə tarlaqoruyucu zolaqların salınması, torpaq mülkiyyətçiləri və sahibkarlar  tərəfindən  qızılgül  bitkisinin əkinlərinin genişləndirməsinin iqtisadi  əhəmiyyəti barədə tədbir iştirakçılarına  məsləhətlər verilmişdir.

Çıxışlarda  muxtar republika əhalisini ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə orqanik gübrələrə üstünlük verilməklə keyfiyyətli məhsullar yetişdirilməsinə,  eləcədə sahibkarlara lizinq yolu ilə verilən maşın və mexanizimlərin gücündən istifadə etməklə, aqrotexniki tədbirləri vaxtında və düzgün aparmaqla yüksək məhsuldarlığa nail olmaq mümkündür.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılb, buklet informasiya vərəqələri sahibkarlara paylanılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5