Mətbuat xidməti Xəbərlər Naxçıvan şəhərində maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhərində maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Naxçıvan Şəhər İcra Hakimiyyəti nümayəndələri ilə birlikdə Naxçıvan şəhər Tunbul kəndində ailə təsərrüfatçılarının iştirakı ilə “Ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsi”, “Payızlıq taxıl əkinlərində məhsuldarlığı artırmasında yemləmə gübrələrinin verilməsinin əhəmiyyəti” və “Meyvəçilik və üzümçülüyün inkişafı məqsədilə tingçilik təsərrüfatlarının yaradılması” mövzularında seminar-müşavirə keçiriblər.Nazirliyin əməkdaşları Fəxrəddin Əliyev, Əli Hüseynov və Famil Cəfərov mövzularla bağlı çıxış ediblər.Çıxışlarda bildirilib ki, muxtar respublika şəraitində kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun olaraq aparılmasının, torpaq münbitliyinin qorunmasında və məhsuldarlığın yüksəldilməsində böyük rolu vardır. Belə ki, əkin atlaslarına uyğun keçirilən əkinlərdə bitkilərin üzvi və mineral gübrələrlə təminatı tələblərə uyğun olur.O cümlədən erkən yazda bitkilərin azot gübrəsi ilə yemləmə şəkilində verilməsi vacib tədbirlərdəndir. Azot gübrəsini şumlanaraq dincə qoyulmuş torpaqlarda və yoncadan sonra əkilmiş taxıllara fiziki çəkidə 180-200 kiloqram, paxlalılardan sonra 260-280 kiloqram normasında, tərəvəz bostan və digər cərgəarası becərilən bitkilərdən sonra isə əkilən taxıllara 280-300 kiloqram verilməsi məqsədə müvafiqdir. Azot çatmadıqda böyümə ləngiyir, yarpaqlar saralır və quruyur. Gövdə qırmızı rəngə çalır. Ümumiyyətlə payızlıq buğdaya azot gübrəsi hissə-hissə verilməlidir. Azotun illik normasının 20%-i payızda, 50%-i yazda kollanma fazasında, 30%-i boruyaçıxma fazasında verilir.
Həmçinin qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023 cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Praqramı” üzrə tədbirlər planına uyğun olaraq meyvəçilik və üzümçülüyün inkişafı məqsədilə rayonlar üzrə tingçilik təsərrüfatlarının yaradılması, intensiv sortlarla yeni üzüm və meyvə bağlarının salınmasının dəstəklənməsi işi davam etdirilir. Yeni salınmış meyvə və üzüm bağlarının tinglərlə təmin olunmasında tingçilik təsərrüfatlarının rolu böyükdür. Sonda ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası  Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5