Mətbuat xidməti Xəbərlər Bakək rayonunda kartof əkinlərinə hazırlıqla bağlı seminar müşavirə keçirilib

Bakək rayonunda kartof əkinlərinə hazırlıqla bağlı seminar müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Kültəpə kəndində torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçılarının iştirakı ilə “Torpaqların şoranlaşmasının qarşısının alınması, kartof əkininə hazırlıq işlərinin aparılması və suvarmanın çiləmə üsulu ilə aparılmasının əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirib.Müşavirədə nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020- ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş ”2021-2025- ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nı təsdiq olunub. “Tədbirlər planında” qarşıya qoyulmuş əsas məqsəd getdikcə artan şoranlaşmanın, çəmənləşmənin , bataqlaşmanın qarşısının alınmasıdır.Çıxışda torpaq mülkiyyətçilərinə şorakət torpaqların kənarında tarlaqoruyucu zolaqların salınması, dərin şumun aparılması, rekultivasiya tədbirlərinin görülməsi, mütərəqqi suvarma üsullarına və normalarına ciddi əməl edilməsi, fosfor, kalium və üzvi gübrələrdən istifadəyə üstünlük verilməsi, növbəli əkinlərin həyata keçirilməsi, şorakət torpaqlarda davamlı çoxillik otlar, payızlıq taxıllar, qarğıdalının soya ilə qarışıq əkini, dənli-paxlalıların və digər əkinlərin aparılmasının vacibliyi bildirilib.

Daha sonra nazirliyin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin baş məsləhətçisi Əli Hüseynov kartof əkininə hazırlıq və əkilib becərilməsi haqqında çıxış edərək bildirib ki, muxtar respublikada əkin sahəsinə görə kartof bitkisi taxıldan sonra 2-ci yer tutmaqla tez, orta və gec yetişən sortları əkilib becərilir. Kartof əsasən vegetativ üsulla, yəni üzerində 1-2 və daha artıq göz olan kök yumuruları ilə artırılır. Kartof üçün optimal rütübət torpağın rütübət tutumunun 75% hesab olunur.Sonda çıxışlar ətrafında müzakirələr olub və iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

 

Naxçıvan Muxtar Respublikası  Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5