Mətbuat xidməti Xəbərlər Culfa rayonunda maarifləndirici tədbir keçirilib

Culfa rayonunda maarifləndirici tədbir keçirilib

01 dekabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Culfa rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə rayonun Yaycı kəndində torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçılarının iştirakı ilə “Sarımsaq bitkisinin əkilib becərilmə texnologiyası” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirin məqsədi Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitində sarımsaq bitkisinin aqrotexnikanın tələblərinə uyğun əkilib becərilməsi tədbirlərinə elmi əsaslarla tövsiyə verməkdən ibarətdir. Naziliyin şöbə müdiri Əsgər Həsənov sarımsaq əkini üçün torpaq sahəsinin qida mühiti və sələflərinə görə seçilməsi, əkiləcək sortun botaniki, biomorfoloji xüsusiyyətləri eləcə də əkin sxemləri və digər kompleks becərmələr haqqında tədbir iştirakçıları ilə fikir mübadiləsi aparmışdır. Əyani olaraq cərgə və bitki arası qida sahələrinin izahı verilmiş, sahibkarlar tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır.Sonda nazirliyin mütəxəssisləri tərəfindən hazırlanmış mövzunu əhatə edən bukletlər ailə təsərrüfatçılarına çatdırılmışdır.

Joomla 1.5