Mətbuat xidməti Xəbərlər Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr müzakirə olunub

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr müzakirə olunub

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında verilmiş tapşırıqların icrası, 2020-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında nazir Bəhruz Bayramov məruzə ilə çıxış edib. Bildirib ki, 1070 hektarı 2020-ci ildə olmaqla, 4478 hektar sahədə qapalı suvarma sistemlərinin tikilərək istifadəyə verilməsi əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və məhsul bolluğunun yaradılmasına səbəb olub. Taxılçılığın strateji əhəmiyyətə malik olması diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin məhsulu üçün 36 min 99 hektarı payızlıq, 780 hektarı isə yazlıq olmaqla, ümumilikdə, 36 min 879 hektar sahədə taxıl əkini aparılıb, ötən illə müqayisədə əkin sahəsi 3571 hektar artıb. Həmçinin cari ildə muxtar respublika üzrə 23 min 142 hektar sahədə yazlıq bitkilər əkilib. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində hazırda muxtar respublikada 5157 hektarsahədə meyvə bağları mövcuddur ki, bunun da 4600 hektarı barverən bağlardır.

Muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün “Araz” Elmİstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmıştədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb. Vurğulanıb ki, əkin işlərinin mütəşəkkil keçirilməsində kənd təsərrüfatı texnikaları başlıca şərtlərdəndir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177-si 2020-ci ilin ötən dövründə olmaqla, cəmi 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilib, ondan 2272-si lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 175-i isə nağd və ya köçürmə yolu ilə satılıb. Ümumilikdə, muxtar respublika üzrə 3556 texnika və texnoloji avadanlıq mövcuddur. Bildirilib ki, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb. 2002- 2020-ci ilin 1 iyul tarixinədək süni yolla mayalandırılmış 90 min 982 inək, düyə və camışlardan 59 min 76 baş cins bala alınıb. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən 2015-2020-ci ilin yanvar-iyun aylarında süni mayalanma yolu ilə alınmış 30 min 151 baş cins buzovun 27 min 731-nə görə sahibkarlara 2 milyon 773,1 min manat subsidiya verilib. Hazırda aprel, may və iyun aylarında doğulan 2420 baş buzova subsidiya verilməsi üçün sənədləşmə işləri aparılır. Diqqətə çatdırılıb ki,son illər ərzində dövlət maliyyə dəstəyi ilə muxtar respublikada 90 böyük heyvandarlıq, 75 quşçuluq, 4885 arıçılıq, 16 balıqçılıq təsərrüfatı, 14 süd, 1 gön-dəri emalı, 1 balıq konservi və 1 yem istehsalı müəssisəsi fəaliyyət göstərir. 1 iyul 2020-ci il tarixə təsərrüfatlarda 126 min 467 baş iribuynuzlu, 799 min 878 baş xırdabuynuzlu heyvan, 1 yanvar 2020-ci il tarixə 1 milyon 307 min baş quş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1704 baş iribuynuzlu, 11 min 527 baş xırdabuynuzlu heyvanın, 14 min 280 baş quşun çox olması deməkdir. Görülmüş işlərin nəticəsidir ki, 2020-ci ilin ötən dövrü ərzində kənd təsərrüfatının ümumi məhsulu 139 milyon 887 min manat olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Sonra məruzə ətrafında çıxışlar olub.

 

 

 


Joomla 1.5