Mətbuat xidməti Hesabatlar Aqrar sahədə işlər davam etdirilir

Aqrar sahədə işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin iyun ayında da fəaliyyətini nazirliyin illik iş planının və Dövlət proqramlarının icrası istiqamətində həyata keçirmişdir. İyun ayında taxıl biçininin başlaması ilə əlaqədar nazirlikdə yaradılmış operativ qərargah vasitəsilə biçinin gedişinə nəzarət edilir. Nazirlik əməkdaşları tərəfindən muxtar respublikada taxıl biçininin qısa müddətdə başa çatdırılması, biçin zamanı baş verə biləcək fəsadların tez bir vaxtda aradan qaldırılması barədə sahibkarlara və ailə təsərrüfatı üzvlərinə maarifləndirici məsləhətlər verilmişdir.

 

Ötən ay meyvə və üzüm bağlarında, bostan-tərəvəz sahələrində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması istiqamətində maarifləndirmə tədbirləri davametdirilmişdir. Ümumilikdə, muxtar respublika üzrə 475 hektar yonca sahəsində fitanomus zərərvericisinə, 966 hektar taxıl, həmçinin cavan meyvə bağlarında siçan və siçanabənzər gəmiricilərə, 66 hektar kartof sahəsində Kolorado kartof böcəyinə, 7 min 321 hektar taxıl və 191 hektar tərəvəz sahəsində alaq otlarına, 136 hektar bostan və tərəvəz sahələrində, eləcə də 27 hektar sahəni əhatə edən bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə tədbirlərinin əhəmiyyəti təsərrüfat sahiblərinə bildirilmişdir. Həmçinin Babək rayonundan 6, Culfa rayonundan 2 təsərrüfat sahibinin müraciəti əsasında üzümlüklərində və meyvə bağlarında həyata keçirilən kompleks tədbirlərlə bağlı köməkliklər göstərilmiş, Babək və Şərurrayonlarından nazirliyəmüraciət edən 12 təsərrüfatsahibinə tərəvəz əkinlərində mütərəqqi üsulların tətbiqinə dair lazımi tövsiyələr verilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçıları tərəfindən gətirilən torpaq nümunələri analiz olunmuş, nəticələrə uyğun gübrə normaları hesablanaraq yazılı məlumatlar verilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gətirilmiş 2 çeşiddə 6 halda kompeze və azot gübrələri analiz olunaraq nəticələri haqqında məlumatlar aidiyyəti üzrə göndərilmişdir. Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri muxtar respublikanın müxtəlif ərazilərində müşahidələr aparmış, xəstəlik və zərərvericilərlə sirayətlənmiş sahələr müəyyən edilmişdir. Heyvandarlıqda mal-qaranın inkişaf etdirilməsi, onlara zoobaytar qaydalara uyğun qulluq edilməsi və cins tərkibinin yaxşılaşdırılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilmiş, arı ailələrinin mərhələli şəkildə köçürülməsi və xəstəliklərinə qarşı profilaktik tədbirlərin aparılması məqsədilə arıçılarla görüşlər keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5