Mətbuat xidməti Hesabatlar Yaz-tarla işlərinə hazırlıq davam etdirilir

Yaz-tarla işlərinə hazırlıq davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin fevral ayında öz fəaliyyətini illik iş planının və Dövlət proqramlarının icrası istiqamətində həyata keçirmişdir. Belə ki, nazirliyin mütəxəssisləri tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının iştirakı ilə payızlıq taxıl sahələrinə mineral gübrələrin iki mərhələdə verilməsinin əhəmiyyəti, kartofsahələrinin əkinə hazırlanması, keyfiyyətli toxum materiallarından istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, toxumun dərmanlanması, əkindən qabaq torpaq analizinin aparılması mövzularında seminarmüşavirələr keçirilmişdir. Taxıl, meyvə və üzüm bağlarında zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması qaydaları, yaztarla işlərinə hazırlıq və aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasının məhsuldarlığa təsiri barəsində maarifləndirici tədbirlər davam etdirilmişdir. Kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsi və çəkilən xərcin azaldılması üçün kənd təsərrüfatı texnikaları və aqreqatlarının gücündən səmərəli istifadə edilməsi tövsiyə olunmuşdur.Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya ixtisasının tələbələrinə praktik dərslər keçilmişdir. Birliyin Aqrokimya torpaqşünaslıq və torpaqların kütləvi analizlərişöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonunun Böyükdüz, Xıncab və Təzəkənd kəndlərinin 44 min 53,8 hektar kənd təsərrüfatına yararlı sahələrindən 332 torpaq nümunələri götürülmüş, tərkibindəki qida maddələrinin miqdarını müəyyənləşdirmək üçün kimyəvi analizlər aparılmış, analizlərin nəticələrinə uyğun olaraq qida maddələri ilə təmin olunma kartoqramları Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun əməkdaşları tərəfindən hazırlanaraq müvafiq kənd icra nümayəndəliklərinə verilmişdir. Heyvandarlıqda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması,süni mayalandırma tədbirlərinin davam etdirilməsi və heyvanların zoobaytar qaydalara uyğun yemləndirilməsi istiqamətində maarifləndirmə işləri davam etdirilmiş, arıçıların yaz aylarında aparacaqları tədbirlər onların diqqətinə çatdırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5