Mətbuat xidməti Xəbərlər “Arıçıların yaz qayğıları, yaz mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması” mövzusunda seminar-müşavirə keçirilib

“Arıçıların yaz qayğıları, yaz mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması” mövzusunda seminar-müşavirə keçirilib

11 mart 2020 – ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin , Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin və Kəngərli Rayon İcra Hakimiyyətinin  əməkdaşlarının  iştirakı ilə Kəngərli rayon Çalxanqala kəndində “Arıçıların yaz qayğıları, yaz mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxış edərək bildirmişdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”na və  Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafına dair tədbirlər planına uyğun olaraq  arıçıların yaz qayğıları, yaz mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması, yerli arı genefondunun mühafizəsi, qabaqcıl təcrübələrin əhəmiyyəti ilə bağlı arıçılıqla məşğul olan sahibkarların maarifləndirilməsi  arıçılığın inkişafına və   məhsul bolluğunun yaranmasına stimul vermişdir. Arı ailələrinin köçürülməsi üçün ərazilərin ayrılması yerli arı genefondunun mühafizəsi, arıçılıqda yeni texnologiyaların tətbiqi, arıxanalarda baytarlıq tədbirlərinin Dövlət vəsaiti hesabına aparılması və arı ailələrinə zoobaytar qaydalarına uyğun qulluq edilməsi arıçılığın inkişafına müsbət təsir göstərmişdir. Mövzu ətrafında müşavirədə iştirak edən digər dövlət qurumu  əməkdaşlarının da  çıxışları  dinlənilmişdir.

Sonda Naxçıvan Muxtar Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən “Arıçılıq təsərrüfatlarında görülməsi zəruri olan işlər haqqında”  hazırlanmış yaddaş kitabçaları   sahibkarlara paylanmış və arıçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən   cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5