Mətbuat xidməti Xəbərlər Aqrar sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

Aqrar sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mütəxəssisləri və Aqrar Sığorta Fondunun idarə heyəti Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə Culfa rayonunun Ərəzin kəndində  ailə təsərrüfatı başçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə “Aqrar sığorta fondunun yaradılmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçiriblər. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Zəkəriyyə Gözəlov Aqrar Sığorta Fondunun yaradılmasının əhəmiyyəti mövzusunda çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 yanvar 2020-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondu yaradılıb.

Fondun yaradılması aqrar sahənin inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Aqrar sığorta sisteminin tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalının davamlılığı və dayanıqlılığı təmin olunacaq. Bu sistemin təkmilləşdirilməsi muxtar respublikada idxaldan asılılığın azaldılmasına və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq.

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyin əməkdaşları Əyyub Abdullayev hevandarlıqda sığortanın tətbiqi, Xaliq Abbasov əkinçilikdə aqrar sığortanın əhəmiyyəti, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mütəxəssisi Vüsal Ağayev Aqrar Sığorta Fondunun tətbiqi  və hesablama qaydaları  mövzusunda çıxış ediblər vurğulanmışdır ki, aqrar sığorta predmetləri təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğınlar, zəlzələlər, qasırğa, fırtına, dolu, torpaq sürüşməsi, bitki xəstəlikləri və zərərvericilər, yoluxucu xəstəliklər, zəhərlənmələr, ilan və ya həşərat sancması nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm, zəhərli otlar və yemlərdən istifadə, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə risklərin bir və ya bir neçəsindən sığortalanırlar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5