Mətbuat xidməti Xəbərlər Seminar-müşavirə keçirilib

Seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti mövzusunda növbəti seminar müşavirəni Ordubad Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun torpaq mülkiyyətçilərinin iştirakı ilə keçiriliblər.

Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin Aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev açaraq son zamanlar rayonda meyvəçiliklə yanaşı taxılçılığın da inkişaf etdirildiyini qeyd edib və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Naxçıvan Muxrat Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Əli Hüseynov və Bəhruz Qasımov taxıllara yemləmə gübrəsinin iki mərhələdə verilməsinin əhəmiyyəti və məhsul bolluğuna göstərdiyi təsir mövzusunda çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, taxıl zəmilərində qar ustunə gübrələrin verilməsinin boyuk əhəmiyyəti vardır. Taxıllara birinci yemləmə gübrəsi fevral ayının sonuna qədər, ikinci yemləmə gübrəsi isə taxılın kollanma fazasında olduğu zaman verilməlidir. Məlumdur ki, bitkinin gübrəni mənimsəməsi uçun gübrə bitkinin qəbul edə biləcəyi halda, yəni suda həll olunmuş şəkildə olmalıdır. Qar ustunə gübrə verildikdə, gübrə qar suyunda hissə-hissə həll olur və bitki tərəfindən müntəzəm qəbul edilərək itkiyə getmir.

Bundan başqa qar suyu torpaqdakı bitki uçun lazım olan digər qida maddələrinin və mineralların da həll olunmasında boyuk rol oynayır və bitki tərəfindən gübrələrlə yanaşı həmin mineral maddələr də asanlıqla həll olaraq mənimsənilir.

Qar taxıl sahələrində örtuk rolunu oynamaqla bitkini əlverişsiz şəraitlərdən, xususilə şaxtadan, xəstəlik-zərərvericilərdən, siçanabənzər gəmiricilərdən qoruyur. Vurğulanıb ki, istər taxıl zəmilərində, istər yaz əkinləri uçun nəzərdə tutulmuş torpaq sahələrində qar suları rutubət tutumu yaradır və bitkilər bu nəmlikdən intensiv istifadə edirlər. Son vaxtlar taxıl sahələrinin mütərəqqi üsullardan olan şırım usulu ilə əkilməsi duşən qarın nəmliyinin torpaqda uzun müddət qalmasına səbəb olur.

Suvarılan sahələrlə yanaşı dəmyə ərazilərdə əkilən taxıl sahələrində sahənin köndələni istiqamətində çəkilmiş şırımlarda qar və yağış sularının toplanması, rütubətin uzun müddət torpaqda saxlanmasına müsbət təsir göstərir ki, bu da bitkilərin inkişafı uçun xususilə əhəmiyyətlidir. Ona gorə də sahibkarlar son vaxtlar duşən qardan səmərəli istifadə edib birinci yemləmə gübrəsinin verilməsini başa çatdırmalıdırlar.

Tədbirdə Dəstə kəndindən torpaq mülkiyyətçisi Mehdi Quliyev çıxış edərək keçirilən səmərəli görüşə görə minnətdarlığını bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Joomla 1.5