Mətbuat xidməti Xəbərlər CULFA RAYONUNDA SEMİNAR - MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

CULFA RAYONUNDA SEMİNAR - MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Muxtar respublikada kənd təsərrüfatı üzrə həyata keçirilən tədbirlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası aqrar sahənin hərtərəfli inkişafına şərait yaradır. Muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, yeni suvarma sistemlərinin qurulması, suvarmada mütərəqqi üsullardan istifadə, əkinçilərə və fermerlərə subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi aqrar sahənin obyektiv inkişafı ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı ilə məşğul əhalinin sayının artmasına səbəb olub.

Culfa rayon Əbrəqunus kəndində Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə seminar müşavirə keçirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq bildirmişdir ki, Bunun nəticəsidir ki, payızlıq taxıl əkini kampaniyasını optimal müddətdə və mütəşəkkil başa çatdırmaq üçün sahibkarlar dövlət qayğısı sayəsində toxum sortları ilə tədarük olunmuşdur. Əkinçilərin bəziləri isə özlərinin istehsal etdikləri buğda toxumundan istifadə ediblər. Bol məhsul yetişdirilməsi üçün əsas amillərdən olan üzvi və mineral gübrələrdən istifadə edilməsi də yaddan çıxmır. Payızlıq taxılların gübrələnməsi məhsuldarlığa təsir edən ən mühüm amildir. Gələn ilin bol məhsulu üçün ilkin mərhələni təşkil edən torpağın lazımi dərinlikdə şumlanması, hamarlanması və digər aqrotexniki tədbirlər həmişə olduğu kimi, bu mövsümdə də gecikdirilmədən və aqrotexniki tələblərə uyğun ardıcıllıqla həyata keçirilib. Bunun üçün dövlət tərəfindən kəndliyə hər bir imkan və şərait yaradılmışdır. Beləcə,  rayonumuzda 7467 hektar  sahədə əkin aparılmışdır ki, həmin sahələrin 6216 hektarına buğda,  1251 hektarına isə arpa toxumu səpilmişdir.

 

 

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxış edərək qeyd etmişdir ki, Əhalini ərzaq məhsullarına olan tələbatının ödənilməsində dənli taxil bitkiləri istehsalının artırılması müstəsna əhəmiyyət daşıyır. Dövlətin taxılçılığın inkişafı ilə bağlı gördüyü ardıcıl tədbirlərlə yanaşı kənd təsərrüfatına az yaralı torpaqların əkin dövriyyəsinə qatılması və torpaqlardan səmərəli istifadə edilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi, məhsuldar toxum sortlarından istifadə edilməsi, intensiv becərmə üsullarına üstünlük verilməsi və s. nəticəsidir ki, muxtar respublikada dənli taxıl bitkilərinin istehsalı ilbəil artmaqdadır. Cari ilin məhsulu üçün ötən ilin payızında muxtar respublikada 36099 hektar sahədə taxıl əkini aparılmışdır.

Gübrələrin sahələrə verilməsi iki dəfə də aparılmalıdır. Yəni birinci yemləmə gübrəsi fevralın 10-dan sonra gübrənin təsir edici %-i nəzərə alınmaqla 100-150 kq arasında verilməsi məsləhət görülür. 2-ci yemləmə gübrəsi isə martın axırlarında yenə əvvəlki kimi 100-150 kq-la verilməlidir. Üzvi və mineral gübrələrin tətbiqi torpağın münbitliyini və bitkilərinin məhsuldarlığını artırmaqla mühüm rol oynayır. Gübrə tətbiq etdikdə əsas məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məşsul əldə etməkdir. Lakin gübrələrin rolu bununla bitmir. Gübrə, bitkiləri qida maddələri ilə təmin etməklə yanaşı torpağın strukturuna, fiziki-kimyəvi xüsusiyyətlərinə, torpağa gedən mikrobioloji proseslərə, məhsuldarlığın artırılmasına, onun keyfəiyyətinin yaxşılaşdırılmasına çox yaxşı təsir göstərir. Ona görə də gübrələrin istehsalı və tətbiqi bütün dünya ölkələrində ildən-ilə artmaqdadır. Çünki gübrə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdə ən əlverişli vasitə olub., alınan əlavə məhsulun yarısı onun payına düşərək ildən-ilə çoxalır. Ona görə də əhalinin ərzağa olan tələbatını ödəmək üçün mineral gübrələrin kənd təsərrüfatı bitkilərinə tətbiqi daim nəzərdə tutlmalıdır.

Torpağın münbitliyini artırmaq, becərilən  bitkilərindən bol məhsul götürmək üçün üzvi və mineral gübrələrdən səmərəli istifadə olunmalıdır.

Mineral gübrələrin verilmə normalarını, vaxtını və üsullarını bilmək vacibdir. Gübrələrin iqtisadi səmərəsini artırmaq üçün onların verilmə vaxtlarına dəqiq əməl olunmuladır. Eyni zamanda həmin əkiləcək torpaqları ilkin olaraq analiz etdirməli aə nəticə məlum oldudan sonra gübrələri normalara uyğun verilməsi həyata keçirilməlidir.

Artıq muxtar respublikamızda əkilən payız  taxıl əkinlərinə dövlət tərəfindən ayrılan gübrələrin paylanmasına başlanmışdır. Torpaq mülkiyyətçiləri bilməlidirlər ki, gübrənin normalara uyğun verilməsi əsas şərtdir. Ona görə də azotun illik normasının 25-30 %-i toxumla bərabər əkin zamanı torpağa verilir, qalanı hissəsi isə 2 dəfə də verilməlidir. Müəyyən edilmişdir ki, bitki orqanlarında payızda toplanmış ehtiyat qida maddələri qış dövründə tənəffüs prosesinə sərf olunduğundan bitkilər erkən yazda qidalanmaya kəskin ehtiyac duyur. Qış dövründə torpağın üst laylarında nifratların çatışmaması üzündən zəifləmiş bitkilərin azota olan tələbatı artır. Vaxtında tətbiq olunmuş azotlu yemləmə taxılın keyfiyyətini yüksəltməklə yanaşı məhsuldarlığında xeyli artmasına səbəb olur ki, nəticədə sahibkarlar yüksək və keyfiyyətli məhsul əldə etmiş olurlar.

Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5