Mətbuat xidməti Hesabatlar Aqrar sahədə maarifləndirmə tədbirləri davam etdib

Aqrar sahədə maarifləndirmə tədbirləri davam etdib

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən noyabr ayında dövlət proqramlarının icrası diqqətdə saxlanılmış, payızlıq taxıl əkinlərinin optimal müddətə başa çatdırılması, əkindən sonra aqrotexniki tədbirlərin görülməsi istiqamətində torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Meyvə və üzüm bağlarında payız mövsümündə görüləcək tədbirlərlə bağlı seminarmüşavirələr keçirilmiş, torpaq mülkiyyətçilərinə yeni meyvə bağları və üzümlüklərin salınması qaydaları,sahibkar və ailə təsərrüfatı başçılarına meyvə-tərəvəz, əsasən, tərxun bitkisinin yetişdirilməsi üçün təbiişəkildə qızdırılması mümkün olan anqartipli istilik təsərrüfatlarının yaradılmasına dair məsləhətlər verilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi tərəfindən Şahbuz və Kəngərli rayonlarının kənd təsərrüfatına yararlı torpaq sahələrindən nümunələr götürülmüş, tərkibindəki qida maddələrinin miqdarını müəyyənləşdirmək üçün kimyəvi analizlər aparılmışdır.Analizlərin nəticələrinə uyğun olaraq qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə göndərilmişdir. Həmçinin ailə təsərrüfatçıları, fermerlər tərəfindən istixana və meyvə bağlarından xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə gətirilən nümunələrə baxılmış, onlara lazımi mübarizə tədbirlərinin aparılması istiqamətində tövsiyələr verilmişdir. Heyvandarlıq təsərrüfatları sahibkarlarının iştirakı ilə müşavirələr keçirilmiş, heyvandarlıq təsərrüfatlarında qışlamaya hazırlıq, süni mayalanmanın üstünlükləri, döl kampaniyasının mütəşəkkil aparılması və heyvanlara zoobaytar qaydalara uyğun qulluq edilməsi ilə bağlı görüşlər təşkil olunmuşdur.

Joomla 1.5